Qardaşın bacısını qətlə yetirməsinin üstü 7 ildən sonra açıldı – GORANBOYDA

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb.

Etikxeber.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.

Deyilənə görə, R. Hüseynova iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Etikxeber.az

Read Previous

Ərdoğandan Kılıcdaroğludan 250 min tələb edir – TƏZMİNAT

Read Next

Azərbaycanla Türkiyənin konfederasiyası yarana bilər – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir