Qardaşını odlu silahla qətlə yetirdi, daha bir nəfəri isə yaraladı – BİLƏSUVARDA

Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü  Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb.  Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Masallı rayonunda 5 otaqlı ev yandı

Read Next

Qarlı və şaxtalı hava nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir