“Qardaşlıq, dostluq, strateji müttəfiqlik münasibətlərimizdə yeni parlaq səhifə açılmış, yeni tarix-qardaşlıq dastanı yazılmağa başlanmışdır…”-JALƏ ƏLİYEVA AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏN, SAHİBƏ QAFAROVANIN TÜRKİYƏ SƏFƏRİNDƏN YAZDI

Daimi və əbədi olan Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərində, əlaqələrində yeni mərhələ yaşanmaqdadır…

Xüsusilə, bu ilin yayında-iyul ayında Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində təcavüzkar ölkənin növbəti təxribatı və fitnəkarlığı nəticəsində baş vermiş gərginlikdən, qanlı hadisələrdən sonra bu münasibətlər özünün daha üst mərtbəsinə, pik nöqtəsinə yüksəlmşişdir…

Qardaşlıq, dostluq, strateji müttəfiqlik münasibətlərimizdə yeni parlaq səhifə açılmış, yeni tarix-qardaşlıq dastanı yazılmağa başlanmışdır…

Türkiyə hərbçilərinin ən üst səviyyədə Azərbaycana səfəri, onların yüksək səviyyədə qəbulu, verilən mesajlar, iki nazirimizin eyni gündə Türkiyədə ali-mötəbər səviyyədə qarşılanması, birgə önəmli bəyanatlar, növbəti hərbi təlimlər, Azərbaycan Prezidentinin yunan səfiri ilə görüşdə Türkiyə ilə bağlı səsləndirdiyi tarixi, cahanşümul sözlər iki dost və qardaş ölkə arasında münasibətlərin hansı səviyyədə olmasının növbəti və əyani təsdiqidir.

Bu istiqamətdə növbəti addım kimi, Azərbaycan Parlamentinin sədri hörmətli Sahibə xanım Qafarovanın başçılıq etdiyi geniş tərkibli və yüksək səviyyəli nümayəndə heyətinin qardaş dövlətə başlanan səfərini qeyd etmək olar. Bu yerdə qeyd etmək lazımdır ki, bu, Parlamentimizin yeni sədrinin mart ayında vəzifəsinin icrasına başlamasından sonra xarici ölkəyə, əslində Ata Vətənə ilk rəsmi səfəridir.

Əslində bu səfər çoxdan olmalıydı, baş tutmalıydı, ancaq başımızın üzərini qara buludlar kimi alan koronavirus adlı dəhşətli bəla, pandemiya ilə bağlı ertələnmişdi. Artıq çox şükürlər olsun ki, bu səfər baş tutdu. Qeyd edək ki, iki gün ərzində çox önəmli, çox əhəmiyyətli görüşlər, müzakirələr keçirilmişdir. Parlamentimizin sədri Türkiyənin Ticarət naziri ilə görüşmüş, geniş və ətarflı söhbətlər aparmış, hər iki tərəfi maraqlandıran məsələləri birgə müzakirə etmişdir.

Eyni zamanda, Sahibə xanımın başçılığı ilə nümayəndə heyətimiz Türkiyə Böyük Millət Məclisin (TBMM) başqanı Mustafa Şentop tərəfindən qarşılanmış, qəbul edilmişdir. Bu görüş də çox məzmunlu, çox əhatəli, hər iki dost və qardaş ölkənin münasibətlərinə müsbət, yeni çalarlar əlavə edilməsi baxımından olduqca önəmli olmuşdur.

Mustafa Şentop görüş zamanı bir daha ölkəsinin, Türk xalqının mövqeyini ifadə edərək bildirmişdir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

Həmçinin, 32 ildən artıq davam edən və hələ də ədalətli həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan sayın Şentop diqqətə çatdırmışdır ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən mövzuda dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Azərbaycan -Türkiyə münasibətlərindən danışan hörmətli Sahibə xanım isə hər kəsə bəlli olan bir həqiqəti yenidən dilə gətirərək qeyd etmişdir ki, bu münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Çünki bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir. O, həmçinin, diqqətə çatdırmışdır ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir.

Görüş zamanı həmçinin diqqətə çatdırılmışdır ki, bugünədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan, dostluğumuzdan xəbər verir və bu münasibətlər daha da genişləndirilməlidir.

Bir daha növbəti birlik, bərabərlik, həmrəylik mesajları səsləndirilmiş, ifadə edilmiş, görüşlərin, müzakirələrin qızıl, qırmızı xətti olaraq keçmişdir.

Bəli, budur Azərbaycan-Türkiyə münasibətləri, bəli, budur Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu!

Bu dostluq, bu qardaşlıq ruhdan, qandan, candan gəlir və ona görə də əbədidir, daimidir, dönməzdir.

Dünən də belə, bu gün də belədir, sabah da belə olacaq.

Dostlar da əmin olsunlar, elə düşmənlər də. Yaşasın, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor!

Etikxeber.az

Read Previous

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Müvafiq qurumlara ünvanladığımız müraciətlərin nəticəsində bü gün Sevinc xanımın həyat yoldaşı Əflatun ailəsinə qovuşub”-DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir