Qarşıdakı günlərdə güclü külək əsəcək-XƏBƏRDARLIQ EDİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Qeyd: Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Etikxeber.az

Read Previous

İlham Əliyev Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Ailənin altı övladından biri, subay, polis əməkdaşı-BƏRDƏLİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ NAMİQ PAŞAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir