Qarşıdan Cənnətdəki üçüncü doğum günü gələn polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli-ŞƏHİD VİDADİ XƏLİLOVLA BAĞLI SƏBAİL MƏRKƏZİ KİTABXANASINDA TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-11 iyul 2023-cü il tarixində, saat 14:00-da Göyçay rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovun qarşıdan gələn Cənnətdəki üçüncü doğum günü ilə bağlı Səbail rayonunun Mərkəzi Kitabxanasında tədbir düzənlənib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkili Ceyhun Məmmədov, Xalq artisti Əbdül Mahmudbəyli (Mahmudov), kitabxananın əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Çıxışlar edilib.

Millət vəkili Ceyhun Məmmədov dini kitabımız olan “Quran“-dan misal gətirərək bildirib ki, Şəhidlər ölü deyillər, onlar ölü demək olmaz

“Onlar ölməzdirlər. Ruhən, mənən bizimlə birgə yaşayırlar”-deyən millət vəkili hər bir Şəhidimiz kimi Vidadi Xəlilovun da ruhunun, xatirəsinin daim ehtiramla yad edildiyini və ediləcəyini vurğulayıb.

Çıxışlarda ümumiyyətlə, 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Vidadi Xəlilov da daxil olmaqla, cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.

Eyni zamanda, Şəhidə həsr olunuş şeirlər və mahnılar səsləndirilib.

Şəhidin ailə üzvləri də tədbirin təşkilinə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhidin anası Əminə Xəlilova “Vidadi mənim şah əsərim idi”-deyə, bildirib.

“Mən demişəm, vəsiyyət etmişəm ki, hansı gün bu dünyadan köçəcəyəm, hansı balama qovuşacağam, həmin günü deyil, balamın Şəhid olduğu günü mənim ölüm tarixi kimim yazdırdsınlar. Çünki balam Şəhid olan gündən mən də bu həyatda yoxam”-deyən Şəhid anası eyni zamanda, tədbir iştirakçılarına özü və ailəsi adından minnətdarlığını dilə gətirib.

Tədbirdə eyni zamanda, “Odlar yurdu” qrupu adından Şəhid ailəsinə “Xarıbülbül” hədiyyəsi, Şəhid anası Mehriban Abdurəhmanovanın rəhbərlik etdiyi təşkilat tərəfindən isə diplomlar təqdim olunub.

Qeyd edək ki, Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.

İllər öncə atalarını itiriblər.

O, ali təhsilli peşəkar hərbçi olub.

1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına (indiki Milli Müdafiə Universiteti) daxil olub, 2003-cü ildən zabit kimi “N” saylı hərbi hissədə xidmət edib.

İkinci Vətən Müharibəsi isə oktyabrın 30-da Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Nəşi bir gün sonra, oktyabrın 31-də Göyçay Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.

Ailəsi hazırda Bakı şəhərində yaşayır.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

17:08

***

FOTOLAR:

21:08

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu, erməni silahlı dəstələrinin mühəndis işləri dayandırıldı-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir