Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və nişanlı oğlu, iki bacının tək qardaşı, peşəkar hərbçi, Gizir, Aprel döyüşlərinin iştirakçısı Tural Arif oğlu Məmmədovun qarşıdan Cənnətdəki altıncı doğum günü, mövludu gəlir.
Tural Məmmədovun 1 may 2026-cı il tarixində 31 yaşı tamam olur.
Qeyd edim ki, bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, 2020-ci ilin 28 oktyabrında Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan Tural Məmmədov bir gün sonra-29 oktyabr tarixində isə Sincan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
31 gün şərəfli döyüş yolu keçən Tural Məmmədov həm də Sincanın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Eyni zamanda, Oğuzda, kəndlərində onun adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
***
Onu da qeyd edim ki, Cənnətdəki altıncı doğum günündən 3 gün öncə-bu gün, 28 aprel 2026-cı il tarixində Şəhidin Oğuz-Sincandakı ailəsini, ocağını və məzarını ziyarət etdim.
Şəhidin valideynlərinə-anası Aydəniz xanıma və atası Arif Məmmədova Allahdan səbr dilədim.
“Şəhidimizin məkanı cənnətlik, qarşıdan gələn mövludu, Cənnətdəki altıncı doğum günü, 31 yaşı mübarək olsun!”-dedim…
Şəhidimizin ruhu, məzarı və Qəhrəman valideynləri qarşısında baş əydiyimi bildirdim…
Onlarla söhbətləşdim, dərdləşdim, Şəhidimizin cəmi 25 illik qısa, lakin şərəfli döyüş yoluna birlikdə nəzər saldım…
Eyni zamanda, Şəhidimizin valideynləri ilə birlikdə daha üç Oğuzlu Şəhidin- İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyyatları Şəhidlərinin ailələrini, ocaqlarını, məzarlarını ziyarət etdim…
Tək oğullar-Qarabaldır kəndindən olan “Qisas” əməliyyatı Şəhidi Nail Adil oğlu Abbasovun, Xalxalqışlaq kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, tək qız atası Şahin Şamil oğlu Cəfərlinin və Qarabulaq kəndindən olan Röyal Nəsib oğlu Beydiyevin də valideynlərinə, doğmalarına Böyük Yaradandan dözüm arzuladım…
Hər üç Şəhidimizin valideynləri ilə də dərdləşdim, söhbətləşdim, onlara da təsəlli, təskinlik verməyə çalışdım…
Onlarla birlikdə kövrəldim, kədərləndim, təsirləndim…
Həm də qürurlandım…
Çünki belə Oğullarla və onları bu Vətənə bəxş edən belə Qəhrəman valideynlərlə qürurlanmamaq, fəxr etməmək mümkün deyil…
Həm Şəhidlərimiz, həm də Qəhrəman Şəhid valideynləri Qürur, Fəxr, İftixar mənbəyimizdir!
Şəhidlərimizin dördü də nurlar içində yatsınlar!
15:55
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





