“Qarşınızda baş əyirik…”-Qənirə Paşayeva Şəhid və Qazi bacısı, Şəhid qardaşlar-Musa və Tural Həsənovların-ANASI İLƏ GÖRÜŞDÜ… – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, Millətinin vəkili, hər zaman Şəhidlərə, Şəhid ailələrinə, Qazi və Qazi ailələrinə xüsusi diqqəti, həssaslığı ilə seçilən, fərqlənən-Xalqımızın dəyərli qızı Qənirə Paşayeva bu gün daha bir Şəhid valideynini, İkinci Vətən Müharibəsinin Şəhidləri-Musa və Tural Həsənovların anası Nəhayət xanım Həsənovanı qəbul etdi, onunla görüşdü…

Görüş təklifi, təşəbbüsü yenə hörmətli Qənirə xanımdan gəlmişdi və mən də bu təklifi, təşəbbüsü Nəhayət xanıma çatdırmışdım…

Nəhayət xanım da dəyərli millət vəkilinin təklifini çox məmnunluqla, razılıq hissilə qarşılamış və görüş bu gün saat 1-ə, MM-ə təyin edilmişdi…

Görüş də təyin edildiyi vaxtda baş tutdu, çox duyğulu, olduqca səmimi bir ortamda da keçdi…

***

Qənirə xanım Şəhidlərimizin baş tacı, Şəhid ailələrinin, Şəhid valideynlərinin hər zaman başımız üzərində yerləri olduqlarını bildirdi və qeyd etdi ki, hər bir Şəhid ailəsi, hər bir Şəhid ata-anası ilə də fəxr edir, qürur duyur.

Millət vəkili yaxınlarının da Vətən torpaqları uğrunda bir neçə Şəhid verdiyini xatırlatdı və qeyd etdi ki, hər bir Şəhidimiz, hər bir Şəhid ailəsi onun üçün çox doğma, çox əzizdir, onlara xüsusi münasibəti var.

“Mən fəxr edirəm ki, millətimizin Sizin kimi Qürurlu, Məğrur Şəhid anaları var. Şəhidlik də hər kəsə qismət olmur, Şəhid ailəsi, Şəhid valideyni, Şəhid ata-anası olmaq da. Şəhidlər ən uca Zirvədə dayanırlar, o Zirvədən yuxarıda heç nə yoxdur. Şəhidlər ölmürlər, onlar mənən, ruhən bizimlə yaşayırlar, bizimlədirlər. Siz Vətən uğrunda hər iki övladınızı, hər iki oğlunuzu Şəhid vermisiniz. Həm Şəhidlərimizin, Musa və Turalın ruhları, həm də Sizin qarşınızda baş əyirəm. Şəhidlər bizim başımızın tacıdırlar, Şəhid valideynlərinin, Sizlərin də başımız üzərində yeriniz var. Hər biriniz bizim əzizimiz, doğmamızsınız. Bura, Milli Məclis də Sizin, Sizlərin, Şəhid ailələrinin öz evidir, öz ocağıdır. Hər zaman qapımız üzünüzə açıqdır”-deyə, Qənirə xanım sözlərinə əlavə etdi.

Şəhidlərimizin anası ( həm də Şəhid və Qazi bacısı) Nəhayət xanım da öz növbəsində görüş üçün Qənirə xanıma minnətdarlığını bildirdi, bu görüşün onun üçün unudulmaz olduğunu və olacağını dilə gətirdi.

Eyni zamanda, bu görüşün Şəhid ailəsinə, Şəhid ailələrinə mənəvi dəstək olduğunu söylədi.

Nəhayət xanım görüş zamanı həmçinin, Şəhidlərimizin-Musa Turalın döyüş yolundan, onların qısa və mənalı ömür yollarından, şəhadətlərindən danışdı.

Bildirdi ki, hər iki oğlu ilə fəxr edir, qürur duyur, çünki Vətən yolunda Şəhid olublar.

Görüşün sonunda Nəhayət xanıma Mədəniyyət komitəsinin adından Məktub, eləcə də, hədiyyələr təqdim olundu.

Nəhayət xanım da öz növbəsində bir daha minnətdarlığını və razılığını bildirdi…

Bir daha qeyd edim ki, Musa və Tural Həsənov qardaşları İkinci Vətən Müharibəsinin Şəhidləridir…

Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunublar…

Hər ikisinin də iki övladı, Musanın iki qızı, Turalın iki oğlu var, hər biri də Vətənə əmanət qaldı…

***

Bəli, daha bir görüş, daha bir duyğulu anlar…

Daha bir diqqət, həssaslıq nümunəsi…

Bəli, Qənirə xanım belə Qənirə xanımdır…

Hər zamanki kimi, sadə, səmimi, vətənpərvər, həssas, diqqətcil, qayğıkeş…

Var olun, Qənirə xanım, var olun, Millətinin Vəkili olan millət vəkili Qənirə Paşayeva!

Allah bir daha və bir daha gözəl və Uca qəlbinizə görə versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yalçın Rzazadə-DƏFN OLUNDU – YENİLƏNİB

Read Next

“İnanıram və ümid edirəm ki, Dövlət Gömrük Komitəsi bu işdə çox ciddi dönüş yaradacaq…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir