“…Qarşısı qətiyyətlə alınacaq” – DİN RƏSMİSİ

Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın.

Etikxeber.az xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil. Kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər”-deyən  O. Zalov  bildirib ki, dairə seçki komissiyaları polislə birgə apardığı iş zamanı emosiyaya qapılma olmamalıdır.

“Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”-deyən O. Zalovun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun.

“Bələdiyyə seçkiləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına yol verilməyəcək. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Seçkiyə müdaxilə edən şəxslər məsuliyyətə cəlb ediləcək…” – RÜSTƏM USUBOV

Read Next

Daha iki məktəbli qızıl medal – QAZANDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir