Qarşıya qoyulan bütün hədəflərə nail olundu – BAHAR MURADOVA YAZDI

ATƏT PA-nın çox gərgin, eyni zamanda cox maraqlı müzakirələr, kəskin debatlar və həyəcanlı anlarla dolu 28 ci illik sessiyası sona catdı.

Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi bu dəfə də Azərbaycanı uğurla təmsil etdi.

Qarşıya qoyulan bütün hədəflərə nail olundu.

Lüksemburq bəyannaməsində ölkəmizin maraqlarına uyğun bir sıra ciddi məqamlar əksini tapdı.

Daha bir uğurumuz isə həmkarımız Azay Quliyevin daha 3 il müddətinə dünyanın 57 ölkəsini birəşdirən bir qurum olan ATƏT PA nın vitse-prezidenti secilməsi oldu.

Bu bir tərəfdən həmkarımızın 14 il ərzində bu beynəlxalq təşkilatın işinə verdiyi ciddi töhfələrlə əlaqədar üzv ölkələrin nümayəndələri arasındakı hörmət və nüfuzuna bağlı idisə, diğər tərəfdən bu mötəbər qurumda Azərbaycana, onun Prezidenti cənab İlham Əliyevin ATƏT regionuna daxil olan olkələrlə ikitərəfli və coxtərəfli əsasda həyata kecirdiyi siyasətin uğurlu nəticələrinə olan münasibətin təzahürü idi.

bahar

Nümayəndə heyətinin bütün üzlərinə, XİN-in, ATƏT yanındakı səfirliyimizin daım bizimlə olan əməkdaşlarına, eləcə də AZƏRTAC-ın, AzTV-nin tədbiri işıqlandıran nümayəndələrinə və Milli Məclis aparatının əməkdaşlarına təşəkkürümü bildirirəm.

Milli Məclisin sədri cənab Oqtay Əsədova, bizə hərtərəfli dəstəyinə görə xüsusi minnətdarlığımı bildirir, həmkarım Azay Quliyevi isə ürəkdən təbrik edirəm.

Bahar MURADOVA,

Milli Məclis (MM) sədrinin müavini

Etikxeber.az

Read Previous

Leyla Əliyeva tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü – FOTOLAR

Read Next

“Özüm olmaq istəyirəm…” – JOAU FELİKS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir