Qasimsizlikdən keçən bir il VƏ YA DÖRD GÜN “GECİKƏN” YAZI… – KAMİL HƏMZƏOĞLU YAZDI

Qasim Bilal oğlu Məmmədhəsənov…

Sabirabadlı, Qaraqaşlılı…

Ailənin üç övladından, iki qardaşdan biri, subay, ali təhsilli və Azərbaycan Ordusunun Əsgəri…

Vətən sevdalısı, Vətən fədaisi…

Cəmi 23 saatlıq Antiterror əməliyyatı Şəhid…

***

Cəmi dörd gün öncə, 21 sentyabr 2024-cü il tarixində Anım Günü idi…

Əbədiyyətə uğurlanmasından düz bir il keçirdi…

Düz bir il öncə, 21 sentyabr tarixində nəşi Qaraqaşlı kənd qəbiristanlığında torpağa tapşırılmışdı…

Bir il ötürdü Qasimsizlikdən…

Və həmin gün Beyləqan rayonunda iki Antiterror Şəhidinin Anım Günü mərasimində, eləcə də Anım Günü arxada qalmış başqa bir Antiterror Şəhidinin ocağını, ailəsini ziyarətdə olduğum üçün Qaraqaşlıya, Qasim Məmmədhəsənovun ocağına bir qədər gec-axşam saatlarında getməli oldum…

Bu yerdə onu da qeyd edim ki, cəmi üç ay öncə Şəhidimizin ocağında olmuş, ailəsini, məzarını ziyarət etmişdim…

Ancaq Anım Günündə də iştirak etməyi, ailəsinin, valideynlərinin yanında olmağı özümə şərəf və borc bildim…

Və Anım mərasimi başa çatsa da, Qasimsevərlər, Şəhidsevərlər Şəhidimizin ocağına gəlməkdə, hüznlü günlərində valideynlərinin yanında olduqlarını bildirməkdə davam edirdi…

Mən də öz növbəmdə – Şəhidimizin valideynləri-anası Ruhiyyə xanıma, atası Bilal Məmmədhəsənova, tək bacısı və tək qardaşına bir daha başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım…

Bir daha Şəhidimizin ruhu və onların-ailəsinin qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Təxminən saat yarım çəkən ziyarətim zamanı bir daha ailəsi, valideynləri ilə söhbətləşdim, dərdləşdim…

Onlarla birlikdə bir daha cəmi 22 yaşlı Vətən fədaisi Qasimin qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldım…

Təsirlənməmək, duyğulanmamaq…mümkün deyildi 22 yaşlı Qasimdən danışılarkən…

Həyəcanlarını hiss etdirməməyə, kədərlərini içlərində boğmağa, göz yaşlarını gizlətməyə nə qədər çalışsalar da bala həsrəti, övlad itkisi, Qasimzsizlik hər an, hər saniyə baxışlarından, çöhrələrindən, səslərinin tonundan hiss olunurdu…

Həm Qürurlu idilər, həm də Kədərli, Acılı…

Əksini də düşünmək mümkün deyildi və düzgün də olmazdı…

Təsəlli, təskinlik verməyə də bəzən sözlər, kəlmələr çatmırdı…

Sözlərin, kəlmələrin yenə bitdiyi, aciz, çarəsiz qaldığı yeriydi…

Və belə bir gündə Qasimin valideynlərinin təsəllisi digər övladlarının-Xaliqin ali məktəb tələbəsi adını qazanması idi…

Övladları-kiçik oğulları Xaliq Türkiyə universitetlərindən birinin tələbəsidir, yaxın günlərdə dərsləri də başlayacaq…

Allah Qasimlərinin ruhunu şad, məqamını Uca etsin, Xaliqlərinin isə daim yolunu açıq etsin!

Ruhu daim köməyi olsun qardaşının!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali hərbi təhsilli, Baş leytenant, ailənin iki oğlan övladından biri-BAKILI ANTİTERROR ŞƏHİDİ SAHİB DAŞDƏMİROVLA BAĞLI SUMQAYITDA ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Cəbrayıl şəhərinə ilk köç karvanı-YOLA SALINDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir