Qayığın qəzaya uğraması nəticəsində Liviya sahillərində 35 miqrant itkin düşdü

Qayığın qəzaya uğraması nəticəsində Liviya sahillərində 35 miqrant itkin düşüb.

Etikxeber.az-ın “France Press”ə istinadən verdiyi məlumata görə, itkin düşmüş miqrantlar arasında 7 uşaq olub. Sahil mühafizəsinin nümayəndəsinin sözlərinə görə, 85 miqrant xilas edilib.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu il Avropaya dəniz yolu ilə 54 minə yaxın miqrant keçib, 1316 miqrant isə Aralıq dənizini keçməyə cəhd göstərərkən həlak olub.

Etikxeber.az

Read Previous

“ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edildi – FOTOLAR

Read Next

Baykal gecəyarısı Kılıçdaroğlunu nədən ziyarət edi? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir