“Xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir” – NAZARBAYEV – PREZİDENT SEÇKİLƏRİ BAŞA ÇATDI – YENİLƏNİB – (2)

Nur-Sultan vaxtı ilə saat 06:00-da Qazaxıstanın 48 seçki məntəqəsində növbədənkənar prezident seçkilərinə səsvermə başlanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə bunun adları seçici siyahısına daxil edilən vətəndaşların işinin xarakteri ilə bağlı olduğu bildirilib. Beləliklə, hərbi hissələrdə, istirahət evlərində, sanatoriyalarda, müalicə-profilaktik müəssisələrdə, istintaq təcridxanalarında və müvəqqəti saxlama təcridxanalarında yaradılmış seçki məntəqələrində adları siyahıya daxil edilmiş bütün seçicilər səs verdikdən sonra istənilən vaxt komissiya səsverməni başa çatmış elan edə bilər.

Ümumiyyətlə, ölkə üzrə səsvermə yerli vaxtla saat 7:00-da başlayacaq və saat 20:00-dək davam edəcək. Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verəcəklər. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min vətəndaş daxil edilib.

Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermə başa çatdıqdan dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin yekunları bir həftə ərzində, yəni iyunun 16-dək dərc olunmalıdır.

Seçkilərdə mart ayında Prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparacaq.

***

nursultan

Qazaxıstanın fəaliyyətdə olan Prezidenti Kasım-Jomart Tokayev də növbədənkənar prezident seçkilərində səs verib.

Kazinform agentliyi xəbər verir ki, Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində “Astana Opera”nın binasında yerləşən 115 nömrəli seçki məntəqəsində səs verib.

***

Qazaxıstanda keçirilən prezident seçkilərində xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir.

Bu sözləri Qazaxıstanın birinci prezidenti – Elbası Nursultan Nazarbayev paytaxtda 58 saylı məntəqədə, Məktəblilər sarayında səsvermə zamanı bildirib.

Son nəticələrə görə Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 12,8 faiz seçici səs verib.

Seçkilərdə 7 namizəd K.Tokayev, A.Taspixov, S.Tuqel, T.Raximbekov, J.Axmetbekov, A.Kosanov və ilk qadın namizəd D.Yespayeva iştirak edir.

***

Qazaxıstanda prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 21:00-da başa çatıb. Ölkənin 17 bölgəsindən 12-də səsvermə Nur-Sultan vaxtı ilə 20:00 yekunlaşıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan nəticəsinə görə, seçicilərin 77 faizdən çoxu səsvermədə iştirak edib. MSK seçicilərin sayının 11 milyon 947 min 995 nəfər olduğunu bildirib.

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 07:00-da başlayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermədən dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin nəticələri bir həftə ərzində, yəni, iyunun 16-dək dərc olunmalıdır.

Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs veriblər.

Etikxeber.az

Read Previous

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi

Read Next

Daha bir Şəhid verdik – MN VƏ XİN BƏYANAT YAYDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir