Daha bir Qazimiz-Vətən sevdalımız – EMİL İLHAM OĞLU ABDİYEV…

İkinci Vətən Müharibəsinin iştirakçıları, Qəhrəmanları, İgidləri arasında Qəhrəman Gəncəmizin daha bir Vətən sevdalı övladı-Emil İlham oğlu Abdiyev də var…

Emil Gəncədə sadə bir ailədə dünyaya gəlib…

2000-ci il təvəllüdlü İgidimiz İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə, cəbhənin ən qaynar nöqtələrindən birində-Füzuli istiqamətində olub…

Döyüşüb, vuruşub və ağır döyüşlərdən birində də – oktyabrın 2-də ağır şəkildə yaralanıb…

Həm gözündən, həm də ayağından yaralanıb və uzun müddət müalicə alıb…

Hələ də səhhətində müəyyən problemlər qalmaqdadır…

Bu ilin yanvar ayında da hərbi xidmətdən, ordudan tərxis olunub…

Emilin Qəhrəmanlığı, İgidliyi dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, iki medalla – “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də əldə edib, qazanıb…

Allah şəfasını versin, tezliklə sağlamlığına qovuşsun!

K. HƏMİDOV

Etikxeber.az

Read Previous

Şəhidin diplomu niyə ailəsinə verilmir? Qazinin ali təhsilli həyat yoldaşı niyə-İŞLƏ TƏMİN OLUNMUR?

Read Next

Daha 2075 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir