Qazi ailəsində dünyaya gəldi, evin tək və subay oğlu, iki bacının tək qardaşı idi…İkinci Vətən Müharibəsində, cəmi 19 yaşında Şəhadətə qovuşdu – İki qardaşdan biriydi…Atasını 2014-cü ildə, anasını 2020-ci ildə itirdi…Ali-hərbi təhsilli, peşəkar hərbçiydi…28 yaşının tamamından cəmi 15 gün sonra-2023-ci ilin 19 sentyabrında Antiterror əməliyyatında Şəhid oldu, tək qardaşı Vətənə əmanət qaldı-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ASİM CƏFƏRLİ VƏ RUSLAN ABBASOV – FOTOLAR

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asim Çingiz oğlu Cəfərlinin doğum günüdür.

Asim Cəfərlinin bu gün-4 sentyabr 2026-cı il tarixində 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Asim Cəfərli 2001-ci ilin sentyabr ayının 4-də Bərdənin Piyadalar kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Hər iki bacısı hazırda ailəlidir.

Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Oktyabr ayında Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 27 oktyabr tarixində Piyadalar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Şəhidliyindən sonra dünyaya gələn bacısının oğlu Onun adını daşıyır.

Asim eyni zamanda, Piyadalar kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Atası da Birinci Qarabağ Savaşının iştirakçılarından, müharibə veteranlarındandır.

***

Bu gün həm də Mingəçevir şəhərinin beş Antiterror Şəhidindən biri Ruslan Əbilfət oğlu Abbasovun Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Ruslan Abbasovun bu gün 31 yaşı tamam olur.

4 sentyabr 1995-ci il təvəllüdlü Ruslan Abbasov ailənin iki oğlan övladından biri, subay, ali-hərbi təhsilli – peşəkar hərbçi, Baş leytenant idi.

Ruslan Abbasov Şəhidliyindən öncə-2014-cü ildə atasını, 2020-ci ildə isə anasını itirib.

Ailədə iki qardaş qalıblar.

O, İkinci Vətən Müharibəsinin, “Qisas” və Antiterror əməliyyatlarının iştirakçısı olub.

2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən 23 saatlıq lokal xarakterli Antiterror əməliyyatında-28 yaşının tamamından cəmi 15 gün sonra isə qəhrəmancasına Şəhid olub.

Nəşi 20 sentyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tək qardaşı və hazırda subay olan Nəriman Abbasov Vətənə əmanət qalıb.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”-ƏLİYEV MELONİNİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir