Qazi oğlu Qazi…Qəhrəmanlar ailəsi…CƏMİ 19 YAŞINDA “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADINA LAYİQ GÖRÜLƏN AZƏR RİZVAN OĞLU ABDULLAZADƏ…-FOTOLAR

Dünən, 6 aprel tarixində Bərdə rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cəfərovun birinci ildönümü mərasimində, Anım Günündə İkinci Qarabağ Savaşının Qəhrəmanlarından, İgidlərindən olan daha bir Vətən sevdalısı ilə tanış oldum…

Azər Rizvan oğlu Abdullazadə ilə…

Düzünü deyim, səmimi şəkildə etiraf edim ki, dünənə qədər, tanışlığımıza kimi Azər haqqında məlumatım, bilgim yox idi və buna görə də ürəyimdə, içimdə özüm-özümü qınadım…

Və onunla tanışlığımızdan çox məmnun qaldım…

Fəxr etdim, Qürur diydum ki, belə bir Vətən sevdalımız, canlı, əfsanəvi Qəhrəmanımız var…

Qeyd edim ki, Azər 18 fevral 2001-ci il tarixində Qəhrəman Tərtərimizin Cəmilli kəndində dünyaya gəlib…

Ailənin 3 övladından biridir…

İki qardaş, bir bacıdırlar…

Ataları Rizvan Abdullazadə də Vətən sevdalılarından, Birinci Qarabağ Savaşının Qəhrəmanlarından, Qazilərindəndir…

Birinci qrup Qarabağ əlilidir…

Qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır…

Əsl Qəhrəmanlar, İgidlər ailəsi…

Azər özü isə İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərdə iştirak edib, bir tankçı kimi düşmənə qan uddurub…

Döyüş yolu da 15 gün çəkib…

Sentyabrın 27-dən oktyabrın 11-nə kimi Füzuli Cəbrayıl istiqamətlərində döyüşüb, qəhrəmanlıqlar göstərib…

Və oktyabr ayının 11-də Cəbrayıl rayonu istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb…

4 gün komada qalıb, 53 gün isə davamlı müalicə alıb, əməliyyat olunub…

Vətən sevdalımız bir gözünü Vətən yolunda itirib…

Hazırda ikinci qrup müharibə əlilidir…

İgidliyinə, Qəhrəmanlığına görə, Azər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalına Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb…

Cəmi 19 yaşında “Vətən Müharibəsi Qəhrəmanı” kimi ölkənin ən yüksək fəxri adı ilə təltifləndirilib…

21 yaşlı Azər həm də subaydır…

Azərlə bir xeyli söhbətləşdik, olanlardan-keçənlərdən danışdıq, bir daha onun keçdiyi şərəfli və qürurlu döyüş yoluna ekskurs etdik…

Və qeyd etdiyim kimi, belə bir Vətən sevdalısı ilə Fəxr etdim, Qürur duydum, onunla tanışlıqdan məmnun qaldım…

Ona bir daha şəfa arzuladım, gələcək həyat yolunda uğurlar dilədim…

Allah qorusun, Yar və Yardıçmçısı olsun, Azər balanı, Azər Abdullazadəni!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

25 yeni yoluxma-2 ÖLÜM…

Read Next

Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü-DAYANDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir