Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qazimiz Məmmədov Rəşad Telman oğlu ilə həmsöhbət olduq. Rəşad hərb qulluqçu kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb, oktyabrın 12-də Füzuli istiqamətində ağır yaralanıb. Çanaq, qol, bud, çiyin və əlindən qəlpə yaraları, partlayış dalğasından isə kəllə-beyin travması alıb. Çanaq hissədə ciddi ağrıları, əllərində əsmələr var, sol əlində hələ də qalan qəlpəni həkimlər çıxarmağı məsləhət görməyiblər, üstəlik onun əsəbləri də yerində deyil.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Dediyinə görə, xəstəxanadan şəhadətləndirilmədən evə buraxılıb”-deyən millət vəkilinin sözlərinə görə, lakin Rəşadın möhkəm ağrıları olduğu üçün şəhadətləndirilərək, hospitala göndərilib müalicə olunmasına ehtiyac var.
“Qazimizlə söhbətdən sonra Müdafiə Nazirliyinin aidiyyatı strukturunun rəhbəri ilə danışdım, çox sağ olsunlar ki, müraciətə dərhal reaksiya verildi. Artıq Rəşad yenidən müayinələrdən keçiriləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az