“Qazin limitinə yenidən baxılmalıdır” – EKS DEPUTATLIĞA NAMİZƏD

Azərbaycan parlamentində təmsil olunan deputat ilk növbədə təmsil etdiyi dairədə seçiciləri ən çox narahat edən məsələləri Milli Məclisdə qaldirmalıdır. Aidiyyatı qurumlara müvafiq sorğular göndərməli, konkret təkliflərlə çıxış etməlidir. Hesab edirəm ki, Quba seçicilərini ən cox narahat edən məsələ təbii qaz üçün tətbiq olunan limit məsələsidir. Quba dagliq rayondur, qışı çox sərt keçir və xeyli davam edir. Ona görə də Tarif Şurasi bu məsələyə mütləq yenidən baxmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu eks deputatlığa namizəd, siyasi şərhçi Əlabbas Məhərrəmli deyib.

“Çünki vətəndaş bu durumda həm maddi planda əziyyət çəkir, həm də sərt hava şəraitində qazsiz qalır. İstər dağ kəndlərində, istərsə də rayon mərkəzində vətəndaşın əsas tələbi qaz limitinə yenidən baxılmalıdır. Dairəsi ilə işləyən deputatın qaldıracağı bundan vacib məsələ olmamalıdır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ərdoğan və qarşısında 4 güclü lider-AKŞƏNƏR, GÜL, BABACAN, DAVUDOĞLU – ŞAHİN CƏFƏRLİ YAZDI…

Read Next

Elçibəyin kadrı, Əhmədzadənin qudası-ELMAN RÜSTƏMOV APREL AYINDA POSTUNDAN GEDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir