Qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verilib

“Azərbaycanda siyasi və makroiqtisadi sabitlik ölkənin davamlı inkişafına zəmin yaradıb”.

Etikxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2014-cü ildə regionların inkişafına start verməsəydi, bu nəticələri əldə etmək mümkün olmayacaqdı.

“Regionların yeni siması salınır. Azərbaycan prezidentinin tapşırığı ilə 40 yeni kənd yolu dövlət vəsaiti hesabına əsaslı təmir olunacaq və ya yenidən salınacaq. Ölkədə qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verib. Su təchizatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verib” – deyə, nazir əlavə edib.

Etikxeber.az

Read Previous

DİN əməliyyat keçirib – silah-sursat və narkotik vasitələr götürülüb

Read Next

Nazir dostunu Aparat rəhbəri təyin etdi… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir