“QDİƏT PA-da təkcə Azərbaycanın təklifləri qəbul edildi…” – MUSA QULİYEV İSTANBULDAN YAZIR

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu gün İstanbulda keçirilən İşçi qrupu və Daimi Komitəsinin iclasında adıçəkilən təşkilatın Reqlamentinə dəyişiklik və əlavələr edilməsi məsələsi müzakirə olundu.

Müzakirəyə çıxarılan əsas məsələ Azərbaycan əhalisinin 10 milyona çatması ilə əlaqədar qurumda deputat sayının 5-dən 6 -ya qaldırılması ilə bağlı oldu.

Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi, bu dəfə də məsələnin həllinə əngəl olmağa çalışdı.

Yəni, belə bir absurd təkliflə çıxış etdi ki, ölkə əhalisinin sayını-son 5 ildəki statistik göstəricini toplaylb, 5-ə bölməklə orta rəqəm cıxarmaq və əgər bu rəqəm 10 milyondan çox olarsa, Azərbaycana əlavə bir deputat yeri ayırmaq olar.

Təbii ki, biz bu mövqe ilə razılaşa bilməzdik, yəni, Ermənistanın heç bir məntiqə və qanunauyğunluğa sığmayan təklifini rədd etdik.

Rusiya və Moldovanın təklifləri də dəstək qazanmadı.

Azərbaycan tərəfin təklifinə görə, üzv dövlətin əhali sayı və nümayəndə heyətinin tərkibi həmin ölkə Parlament rəhbərinin QDİƏT PA-ya məktubu əsasında bu təşkilatln Bürosunda baxılaraq təsdiq olunacaq.

Beləliklə, Azərbaycan QDİƏT PA-da vacib olan daha bir deputat yeri qazanaraq, üzvlərinin sayını 6-ya çatdırdı.

Bundan sonra QDİƏT PA-da ermənilərin 4 səsi, bizim isə 6 səsimiz olacaq.

Eyni zamanda, bizim qardaş və dost Türkiyə ilə birlikdə bu təşkilatda 15 səsimiz olacaq ki, bu da istənilən qərarın qəbulunda bizi söz sahibinə çevirəcək.

Musa QULİYEV,

Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvü

Etikxeber.az

Read Previous

“Məktəblərin 50 faizə qədəri dezinfeksiya olunub” – TƏHSİL NAZİRLİYİ

Read Next

“Koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda…” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir