QDİƏT PM-in Baş Assambleyasının 53-cü Bakı sessiyası başa çatdı

İyunun 21-də Milli Məclisdə  (MM) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirib.

Etikxeber.az xəbər verir ki, “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzənin müzakirəsi zamanı çıxış edən Azərbaycanın  QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Azərbaycanda Ombudsman institutunun yaranması, fəaliyyəti və ölkəmizin insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Quliyev qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Deputat Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsinə də toxunub. Bildirib ki, ermənilər işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən azərbaycanlılardan birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır.

QDİƏT PM-də Türkiyə nümayəndə heyətinin rəhbəri Camal Öztürk və Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun fikirləri dinlənildikdən sonra “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə demokratiyanın möhkəmlənməsində ombudsman institutlarının rolu” mövzusunda məruzə və məruzəyə dair tövsiyələr səsə qoyularaq qəbul edilib.

musa-qdi-1

Sonra iclasda “Qara dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə pensiya təminatı sistemləri” mövzusunda müzakirələr aparılıb. Çıxış edən QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Azərbaycanda aparılan pensiya islahatları, pensiya təminatı sistemi, bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verib.

Serbiya nümayəndə heyətinin üzvü Aleksandra Belaçiç və Türkiyə nümayəndə heyətinin üzvü Metin Gündoğanın çıxışları dinlənildikdən sonra məruzə və ona dair tövsiyələr səsə qoyularaq qəbul edilib.

İclasda təşkilatın 2018-ci maliyyə ili üçün auditor hesabatı dinlənilib, 2019-cu ildə Baş Assambleyanın payız sessiyasının keçirilmə yeri, vaxtı və gündəliyi müəyyən edilib.

Tədbirin sonunda iclasa sədrlik edən Ukrayna nümayəndə heyətinin rəhbəri Refat Çubarov 53-cü Baş Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin sədri Oqtay Əsədova təşəkkürünü bildirib.

Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının Bakıda keçirilən 53-cü plenar sessiyası işini başa çatdırıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“MDB məkanında göstəriciyə görə ən qabaqcıl ölkələr sırasına çıxmışıq” – SƏMƏDZADƏ

Read Next

Ramil Usubovdan polislərə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir