QDİƏT Parlament Məclisi komitələrinin iclasları keçiriləcək

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, QDİƏT PM-nin hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər məsələlərə baxılacaq.

Milli Məclisin deputatı müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Etikxeber.az

Read Previous

“Otel açmaq imkanını əldən verə bilməzdim…” – Ronaldu

Read Next

Muradovla Rzayev nədən Belçikaya gedirlər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir