Qeydiyyatda olan müəssisə və təşkilatların 54,1 faizi Bakıda yerləşir

Ötən il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97,4 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,7 faizi tam xarici investisiyalı, 1,7 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 2,5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, qeydiyyatda olan müəssisə və təşkilatların 54,1 faizi Bakıda yerləşir.

Yeni yaradılmış müəssisə və təşkilatların 63,5 faizi Bakıda, 11,4 faizi Aran, 7,4 faizi Abşeron, 4,6 faizi Lənkəran, 4,3 faizi Gəncə-Qazax və 2,9 faizi Quba-Xaçmaz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.

Etikxeber.az

Read Previous

Fevralın 7-nə USD/AZN rəsmi məzənnəsi 1,8769 manat səviyyəsində müəyyən olundu

Read Next

Martın 7-də keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir