“Qeyri-maddi mədəni irsimiz əsrlər boyudur farslaşdırılır…” – DEPUTAT

“Qonşu xalq və bir sır sıra digər xalqlar tərəfindən qeyri-maddi mədəni irsimiz illər, əsrlərdir ki, mənimsənili. Daha da konkretləşdirməli olsaq, qeyri-maddi mədəni irsimiz əsrlər boyudur farslaşdırılır”.

govhar

Etikxeber.az xəbər verir ki, bunu  Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva dilə gətirib.

“Vikipediya”ya baxsaq görərik, dahi şairimiz Nizami Gəncəvi gah farslaşdırılır, gah kürdləşdirilir. “Vikipediya”da bir yerdə də Nizaminin bizə-Azərbaycan xalqına məxsusluğuna rast gələ bilməzsən. Eyni zxamanda, orta əsrlər ədəbiyyatımız, farsdilli ədəbiyyatımız, fars dilində yazıb-yaradan ədiblərimiz fars qeyri-maddi mədəni irsi kimi dünyaya təqdim edilir. Bunlar da olduqca yolverilməz və qəbuledilməzdir.

Bunlar bizə məxsusdur, bizim milli-mədəni sərvətlərimizdir. Kimsə buna sahib çıxa, özününküləşdirə, farslaşdıra bilməz. Kimsəyə belə bir haqq da verilməyib. Bunun qarşısını almalıyıq, bunun qarşısı alınmalıdır. Odur ki, YUNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasından irəli gələrək, Azərbaycanda da bu yöndə ayrıca müstəqil qanun hazırlamalı və qəbul etməlikiyik. Yəni, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanunumuz olmalıdır. Buna çox böyük ehtiyacımız var”-deyə, G. Baxşəliyeva bildirib.

rafael-huseynov-yeni

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin  sədri, akademik Rafael Hüseynov də bu məsələnin onun və komitənin gündəmdə olduğunu bildirərək qeyd edib ki, qeyri-maddi mədəni irsimizin qorunması məsələsi ilə bağlı ya ayrıca qanunun hazırlanması, ya da “Folklor nümunələrinin qorunması haqqında”qanuna ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Əgər görsək ki, yeni qanuna ehtiyac yoxdur, o zaman  10-15 dəyişikliyi hazırlayıb, adıçəkilən qanuna sığdırmağa, onu daha təkmil hala gətirməyə çalışacağıq. Yox, əgər görsək ki, məsələlər daha genişdir, daha əhatəlidir, onları mövcud qanuna sığdırmaq, yerləşdirmək mümkün deyil, o zaman yeni, müstəqil qanun layihəsi hazırlayıb, onu müzakirələrə təqdim edəcək və qəbuluna nail olmağa çalışacağıq. Əslində, mövqelər də  daha çox yeni qanunun hazırlaması üzərində çulğalaşıb, yəni, bu varianta üstünlük verənlər daha çoxluq təşkil edir. Bu baxımdan da, bu məsələnin üzərində işlənilir və yaxın zamanlarda son qərar veriləcək”-deyə, komitə sədri sözlərinə əlavə edib.

jala-ali

Sözügedən komitənin sədr müavini, professor Jalə Əliyeva da öz növbəsində müstəqil qanun layihəsinin hazırlanmasının və müzakirələrə çıxaraılaraq, qəbul olunmasının tərəfdarıdır.

O da belə hesab edir ki, Azərbaycanın ərazilərinin bir hissəsi işğala, mənimsəməyə məruz qaldığı kimi, mədəni və tarixi abidələri, qeyri-maddi mədəni irsi də işğala, təcavüzə, mənimsəməyə məruz qalıb və bu baxımdan da, mədəni isrsə sahiblik üçün mütləq bu yöndə ayrıca qanunun qəbuluna ehtiyac var:

“Mən də belə hesab edirəm ki, bu məsələ hansısa qanuna dəyişikliklə ehtiva olunmamalı, əksinə, müstəqil qanunla tənzimlənməlidir”.

Etikxeber.az

Read Previous

Şəki və Babək sakinləri qanunsuz saxladığı silahları təhvil verdi

Read Next

“İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanuna ehtiyac var- QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir