Qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə-XƏBƏRDARLIQ OLUNDU

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, idarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.

Məlumata görə, əks təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər.

Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.

Bu üzdən sürücülərə hava şəraitini nəzərə almağı və səfərə hazırlıqlı çıxmağı tövsiyə olunur.

Etikxeber.az

Read Previous

Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə-XƏBƏRDARLIQ

Read Next

Üç gün sonra 36 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-ŞƏHİD İLQAR MƏMİŞOVİN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir