Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək-DAVAM EDƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Etikxeber.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.

Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

“Yenicə sevinmişdi ki, övlad atası olub…Amma sevinci çox uzun çəkmədi…Balam övladından doymadan bu həyatdan köçdü, Vətən yolunda Şəhid oldu…Nə balam övladından, nə də balası balamdan doya bildi…”-KÜRDƏMİRLİ, QARASULU ANTİTERROR ŞƏHİDİ, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN VÜSAL ƏHMƏDOVUN ANASI ŞÜKUFƏ ƏHMƏDOVA – FOTOLAR

Read Next

İran hava məkanının bağlı qalmasının vaxtını uzatdı-DAHA İKİ YÜKSƏK RÜTBƏLİ İRANLI ÖLDÜRÜLDÜ, İRANIN DÖVLƏT TELEVİZİYASI RAKETLƏ VURULDU…YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir