Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda xüsusi qərargah yaradıldı

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda qərargah yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Etikxeber.az-a bildirib ki, artıq bütün texnikalar ərazi üzrə işləyir, yolları qar və buzdan təmizləməyə başlayıb. Səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir. Paytaxtın Mikayıl Müşfiq, Əbdürrəhim bəy Haqverdiyev küçələri, 3-cü kənar Dairəvi yol, metronun “20 Yanvar” stansiyasının ətrafı, Günəşli qəsəbəsi, Maşın bazarı kimi tanınan ərazi və paytaxtın yüksək ərazilərində yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb.

Sürücülərdən xahiş olunur ki, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə edərək, əsasən ictimai nəqliyyata üstünlük versinlər.

Etikxeber.az

 

Read Previous

Orta aylıq pensiya 8 faiz artırılaraq 203 manata çatıdırılacaq – KOMİTƏ SƏDRİ

Read Next

Deputatdan qorxunc PROQNOZ: “Kriminal artacaq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir