Qeyri-sabit hava şəraiti martın 26-dək-DAVAM EDƏCƏK

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib.

Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, martın 20-si saat 11:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 74 sm, Altıağac, Xaltan, Şahdağda 41 sm, Lerikdə 40 sm, Kişçayda (Şəki) 35 sm, Ağdərədə (Ordubad) 32 sm, Qrızda 24 sm, Daşkəsən, Qusarda 13 sm, Qubada 10 sm, Göygöldə 8 sm, Şahbuzda 6 sm, Şərurda 2 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 29 mm, Astarada 22 mm, Lerikdə 20 mm, Beyləqanda 17 mm, Göytəpədə 12 mm, Ağdərədə (Ordubad) 11 mm, Qusarda 10 mm, Qubada 7 mm, Ağdamda 6 mm, Xaçmaz, Xaltan, Şabran, Şahdağ, Qrızda 5 mm, Tərtər, Altıağac, Şahbuzda 4 mm, Salyan, Biləsuvar, Kişçay (Şəki), Balakəndə 2 mm, Naxçıvan, Şərur, Naftalan, Gəncə, Zaqatala, Şəki, Şamaxı, Bərdə, Yevlax, Neftçalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 2 mm, Sumqayıtda 0.3 mm olub.

Qərb küləyinin sürəti Gəncədə 28 m/s, Hacıqabulda 24 m/s, Şamaxıda 23 m/s, Naftalanda 22 m/s, Ağstafa, Culfa, Neftçala, Sabirabad, Tovuzda 20 m/s, Şirvan, Ağdərə (Ordubad), Naxçıvan, Salyan, Cəfərxanda 18 m/s, Culfa, Biləsuvarda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-4 dərəcə isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-dək davam edəcək.

Etikxeber.az

Read Previous

“Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin!”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Şuşa Azərbaycanın əzəli ərazisidir, Ermənistanın reallıqları qəbul etməsi faydalı olar”-XİN BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir