QHT Koalisiyasının üzvləri Belarusun Miqrasiya məsələləri üzrə nümayədə heyəti ilə-GÖRÜŞDÜ VƏ… – FOTOLAR

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri Belarusun Azərbaycanda səfərdə olan Miqrasiya məsələləri üzrə nümayədə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə Belarus nümayədə heyətinin tətkibinə daxil olan Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Komitəsi, Milli Statistika Komitəsinin təmislçiləri və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Belarusdakı Nümayəndəliyinin rəhbəri Mahim Orazmuxammedova iştirak ediblər.

Görüşə həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Anar İskəndərov da qatılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Belarusdakı Nümayəndəliyinin rəhbəri Mahim Orazmuxammedova nümayəndə heyəti üzvlərini təqdim edib və səfərin məqsədi barədə məlumat verib.

Bildirib ki, Belarus nümayəndələri miqrasiya məsələlələri və bu kontekstdə insan alverinə qarşı mübarizədə ictimai təşkilatların, QHT-lərin rolu, bu sahədə dövlət orqanları ilə əməkdaşlıq, sosial sifarişlər, sığınacaqların fəaliyyəti barədə öyrənmək, Azərbaycan təcrübəsi ilə tanış olmaq istəyirlər.

Sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının koordinatoru Mehriban Zeynalova Koalisiya üzvlərini təqdim edib və Koalisiya barədə məlumat verib.

Diqqətə çatdırıb ki, Koalisiya 2009-cu ildən yaradılıb və DİN-lə Əməkdaşlıq Memorandumu əsasında fəaliyyət göstərir, 45 QHT-ni birləşdirir.

Bildirib ki, hazırda Koalisiya bir necə prioriet müəyyənləşdirib və bu sahədə fəal işləyir.

İlk növbədə qanunverilciyin təkmilləşdirilməsi və insan alveri ilə əlaqədar müasir çağırışlara adekvat cavab verməsi üçün Qanunvericlik işçi qrupu təkliflər paketi hazırlayıb, dövlət orqanları ilə ilkin müzakirəsini aparıb.

Koalisiya eyni zamanda, Monitorinq qrupu yaradıb, media və sosial şəbəkələr monitorinq edilir, Regional Koordinatorlar qrupu yerlərdə vəziyyəti monitorinq edir, preventiv və müdaxilə tədbirləri üçün tövisyə verir, hesabatlar hazırlayırlar.

Hazırda Koalisiya üzvləri yerli polis orqanlarında uşaq əməyinin istismarı ilə əlaqədar, bununla bağlı meyalarlar haqqında polis əməkdaşlarına təlimlər keçirlər.

Koalisiya insan alverinə qarşı mübarizə sahəsində tədqiqatların aparılmasını vacib sayır, bunu təşviq edir.

Yaxın vaxtlarda Koalisiya bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlığı daha da inkişaf etdirəcək.

Koalisiya bununla yanaşı, təyinat ölkələrində Azərbaycan diasporu ilə işı davam etdirəcək və onlarla müzakirələr, seminarlar nəzərdə tutulub.

M.Zeynalova sonra ölkəmizdəi sığınacaqların fəaliyyəti ilə əlaqədar geniş məlumat verib.

Koalisiyasının koordinatoru əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar təklifər isrəli sürüb.

Koalisiyanın onlayn cəlbetmə, onlyan cəlbetmə üsullarına qarşı mübarizə, qanunvericiliyin təkmilləşdirilməsi sahələrində birgə onlyan formatda müzakirə və təlimlər keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Belarus Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya İdarəsinin rəisinin birinci müavini, polis polkovniki İnna Borisovna Studeniçnik QHT-lərlə əməkdaşlıq təcrübəsindən, DİN-in və QHT-lərin yaratdığı qaynar xətlərin işi barədə məlumat verib.

Belarus Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Departamentinin Xarici Əmək Miqrasiyası, Qaçqınlar və Sığınacaq Departamentinin rəis müavini Natalia Vladimirovna Kulbitskaya sığınacaqlar barədə söz açıb.

İnna Borisovna Studeniçnik birgə əməkdaşlıq təkliflərinin nəzərdən keçiriləcəyini və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Etikxeber.az

Read Previous

Qurban bayramı ilə əlaqədar-BAYRAM NAMAZI QILINDI…

Read Next

Ailənin üç övladından biri, nəşi 8 ay 10 gündən sonra Əbədiyyətə uğurlanan-AĞDAŞLI ƏKBƏR MƏSİMOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir