Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentdə millət vəkillətin sayı artırılmalıdır.
Etikxeber.az xəbər verir ki, bu barədə İslahatçı Qadınlar və İnnovasiyalar İB-nin sədri Vüsalə Hüseynli öz “Facebook” səhifəsində yazıb.
QHT sədri bildirib ki, son-növbədənkənar parlament seçkilərində namizəd olmasa da, seçkiləri yaxından və diqqətlə izləyib:
“Müşahidələrimin nəticəsini bir vətəndaş olaraq sizlərlə bölüşmək istərdim. Bu seçkilərdə bəzi namizədlərə daha ağır iş düşdüyünün şahidi oldum. Belə ki, bəzi dairələrdə əhali sayı 33000-38000 arası dəyişirdisə, bəzilərində 41000-43000 arası dəyişir. Bu isə onu deməyə bir daha əsas verir ki, artıq Azərbaycanda da bir çox Avropa və qonşularımız olan Gürcüstan və digərləri kimi parlamentarilərin sayı artırılmalıdır”.
V. Hüseynli vurğulayıb ki, Azərbaycan parlamentində 125 millət vəkilinin olması qərara alınan zaman ölkə əhalisinin sayı 7 milyon yarım və ya bir qədər artıq ola bilərdi. Hazırda isə 10 milyonu tamamlanmışıq. Seçiçilıərin sayı 5 milyona yaxındır:
“Bu gün bəzi şəhər və rayonlarda dairələrin sayının artırılması qaçılmazdır. Parlamentdə millət vəkillərinin sayı da 175- 200 arası dəyişə bilər. Bu, eyni zamanda, əhalinin qanunverici orqanda təmsilçiliyini tam sürətdə təmin etmiş olar. Bəziləri nümunə göstərə bilərlər ki, Avropa Birliyində təmsil olunan deputatların sayının azaldılması müşahidə olunur. Ancaq onu da unutmayaq ki, 700 millət vəkili təmsil olunan AP ilə yanaşı orda təmsil olunan ölkələrin- Avropa Birliyinə üzv dövlətlətin hər birinin ölkə daxilində milli parlamenti mövcuddur. Yəni, inkişaf ediriksə, bu nüansı gözdən qaçırmamalıyıq. Sayımız artırsa, təmsilçilərimiz də artmalıdır”.

Etikxeber.az





