“QHT sektorunun işinə çox ciddi problem yaradacaq…” – AZAY QULİYEV

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarın QHT sektorunda yaratdığı  ciddi narahatlıqdan xəbərdaram və bununla  bağlı artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinə vəziyyətlə bağlı arayış hazırlamasını tapşırmışam.
Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında  Prezident yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
Onun sözlərinə görə,  vəziyyət araşdırıldıqdan sonra  məsələ ilə bağlı konkret mövqe bildiriləcək.
“Hesab edirəm ki, əgər belə bir məhdudiyyət yaradılıbsa, bu, mütləq aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu gün bizim fəaliyyətimizə adekvat olmayan çərçivənin yaradılması bütövlükdə  sektorun işinə çox ciddi problem yaradacaq. Ona görə də  düşünürəm ki,  məsələyə yenidən baxmalıyıq. Ancaq yenə  deyirəm, məsələnin detallarını öyrənməliyik”– deyə, A. Quliyev vurğulayıb.
A.Quliyev bildirib ki, nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması heç vaxt qəbul edilə bilməz və bu, onların fəaliyyətinə ciddi  təsir göstərəcək.
“Adekvat olmayan məhdudiyyət aradan qaldırlmalıdır”- deyə, Şura rəhbəri bildirib.
Şura sədri əlavə edib ki, heç dünyada da  belə bir praktika mövcud deyil.
“3-5 manatlıq maliyyə əməliyyatı bank vasitəsi ilə həyata keçirilsin. Biz bununla  bank vasitəsi ilə nağdsız əməliyyatların  keçirilməsinə qarşı çıxmırıq. Biz sadəcə,  kiçik həcmli  nağdsız bank əməliyatlarının  aparılmasını düzgün hesab etmirik. Təbii ki,   maliyyə şəffaflığının təmin edilməsi üşün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata  keçirilməsi vacidbdir və bunu dəstəkləyirik. Ancaq  kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız  həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir”– deyə, A. Quliyev bildirib.
Etikxeber.az

Read Previous

Xəzər dənizində 3 bal gücündə zəlzələ olub

Read Next

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır – PAYTAXTDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir