Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi qanunvericilk işləri planına salındı – DEPUTAT İSƏ ƏRZAQ TƏHLÜKƏZLİYİ HAQDA QANUNA EHTİYAC OLDUĞUNU DEDİ – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, Eldar İbrahimovun rəhbərlik etdiyi komitənin iclasında əvvəlcə komitənin 2019-cu il yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatı, sonra isə komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə və təsdiq ediləcək.

İclasda Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən hazırlanan “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi ilə də bağlı ilkin müzakirələrin açılması və onun komitənin qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.

eldar-bdu

ELDENIZ-3

Adıçəkilən komitənin üzvü Eldəniz Səlimovun saytımıza açıqlamasında bildirdiyinə görə isə adıçəkilən qanun layihəsinin müzakirəsi və qəbulu çox  vacibdir.

Qeyd edib ki, dünyada qloballaşmanın baş verdiyi, təhlükələrin, risqlərin artdığı, kataklizmlərin davam etdiyi bir şəraitdə hər bir ölkənin öz milli iqtisadiyyatını qoruması, ərzaq və qida təhlükəsizliyini təmin etməsi, milli dəyərlərini saxlaması olduqca zəruridir:

“Bu gün dünyamızda, ərtafımızda nələrin baş verdiyini geniş izah etməyə ehtiyac yoxdur, qanlı qarşıdurmalar, vətəndaş müharibələri, qırğınlar, terraktlar, tökülən günahsız qanlar, qanlı göz yaşları, qaçqın, miqrant ordusu, təbii fəlakətlər və sair. Bunların nəticəsində yaranan, yaşanan aclıq, yoxsulluq, qida və ərzaq çatışmazlığı…Bu gün Yaxın Şərqdə, xüsusilə, Yəməndə, bir çox Afrika ölkələrində insanlar, xüsusilə, yaşlılar, qocalar, qadınlar və uşaqlar aclıq, ölüm təhlükəsi ilə üz-üzədirlər. Gündə onlarla, yüzlərlə insan qida, ərzaq, dərman çatışmazlığından, dünyanın onların acı taleyinə laqeydliyindən dünyasını dəyişir…

Belə olan durumda da, hər bir ölkənin, o cümlədən, heç bir risqlərə və təhlükələrə, kataklizmlərə baxmayaraq, sürətli və dinamik inkişaf yolu ilə irəliləyən müstəqil Azərbaycanın öz qida və ərzaq təhlükəsizliyini təmin etmməsi vacibdir, zəruridir. Bu zərurəti, bu ehtiyacı vacib edən amillərdən biri də 31 ildən artıqdır işğalçı və təcavüzkar Ermənistan tərəfindən müharibə vəziyyətində yaşamağımız, yaşadılmağımızdır. Qeyd edim ki, Azərbaycanda da qida və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çox  önəmli, vacib addımlar atılır.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı Dövlət Proqramı mövcuddur, həmçinin, qida təhlükəsizliyinə nəzarəti təmin etmək üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və onun son dövrlərdəki uğurlu fəaliyyəti göz önündədir. Qida və ərzaq təhlükəsizliyi ölkəmizin, dövlətimizin prioritetlərindəndir. Qida və ərzaq təhlükəsizliyi həm də sağlam, təminatlı nəsil, gələcək və inkişaf deməkdir. Bu baxımdan da, həm qida təhlükəsizliyi, həm  ərzaq təhlükəsizliyi ilə bağlı qanunların qəbulu önəmlidir, hər ikisinə də ehtiyac var.

Artıq qida təhlükəsizliyi ilə bağlı qanun layihəsinin ilkin variantı hazırlanıb və çox istərdim ki, o, ən azı birinci oxunuşda payız sessiyasının, ən geci yaz sessiyasının müzakirələrinə çıxarılsın və qəbul edilsin. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılsın. İnanıram ki, növbəti mərhələdə bunların şahidi və iştirakçısı olacağıq”.

***

eldar-2

Komitənin iclasını açan E. İbrahimov  2019-cu ilin yaz və növbədənkənar sessiyalarında görülən işlərlə bağlı məlumat-hesabat verib.

O, həm parlamentin, həm də komitənin işini səmərəli və məhsuldar adlandırıb.

Eyni zamanda, payız sessiyasının da uğurlu və məhsuldar keçəcəyinə əminliyini ifadə edib.

Bildirib ki, hesabat dövründə komitənin 12 iclas keçirilib, 36 məsələ müzakirə olub.

Həmin məsələlərdən 14-ü isə  adıçəkilən sessiyalar dövründə plenar iclaslarda qəbul edilib.

Komitə sədri həmçinin, hesabat dövründə 24 nəfər vətəndaşın qəbul edildiyini, dinlənildiyini bildirib.

Sonra komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri müzakirə olunub.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin əhəmiyyəti vurğulanaraq, onun qanunvericilik işləri planına daxil edilməsi qərara alınıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Bu cür yaramaz hallar məsuliyyət yaradır…” – ÇİNGİZ QƏNİZADƏ TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Read Next

“Əgər qarşıdakı görüşdə girovlarla bağlı hansısa bir razılığa gəlinsə…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir