Qırğız parlamenti eks-prezidentin toxunulmazlıq statusunu ləğv etdi

Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qanun qəbul edib. 

Etikxeber.az xəbər verir ki, sənədin lehinə 100, əleyhinə 5 deputat səs verib.

Hüquqi qiymət verilməsi üçün sənəd Qırğızıstan Baş Prokurorluğuna göndəriləcək.

Parlamentdə bununla bağlı yaradılan təşəbbüs qrupu eks-prezident Almazbek Atambayevi vəzifəsindən sui-istifadə etməklə bir sıra cinayətlər törətməkdə ittiham edir.

Etikxeber.az

Read Previous

Dövlət büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılır – BU GÜN

Read Next

“Bu, prezidentin səlahiyyətində olan bir məsələdir” – DEPUTAT SON TƏYİNATLAR HAQDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir