“Qısa müddətdə nasos stansiyalarının fəaliyyəti bərpa edildi ki, bu da 30-dan çox kəndin su təchizatının həlli deməkdir”-DEPUTATDAN MİNNƏTDARLIQ

Bu gün səhər Sabirabad rayonunun “Kürqırağı” və “Noxudluyolu” kimi tanınan ərazilərdə yerləşən kəndlərdə istifadə edilən su nasos stansiyalarının fəaliyyətində-elektrik təchizatında yaranmış çətinliklərə görə fasilə meydana gəlib. Nəticə etibarilə 30-dan çox kəndin sakinləri həyatı önəm daşıyan su təminatından məhrum qalıblar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

“Qərargahımıza daxil olan çoxsaylı müraciətləri əsas tutaraq müvafiq qurumlarla məsələnin tez bir zamanda həll olunması üçün müvafiq danışıqlar aparılıb, qısa müddət ərzində qeyd olunan nasos stansiyalarının fəaliyyəti bərpa edilib”-deyən millət vəkilinin sözlərinə görə, bu da öz növbəsində 30-dan çox kəndin su təchizatı kimi aktual məsələnin həlli deməkdir.

“Fürsətdən istifadə edərək, “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova sərgilədiyi həssaslıq və məsələnin həllinə yönəlik atdığı çevik və konkret addımlara görə dərin minnətdarlığımızı ifadə edirik”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Beynindən 7 sm uzunluğunda qəlpə çıxarılan, qolundan yaralanan-BƏDƏNİNDƏ 79 QƏLPƏ GƏZDİRƏN QAZİMİZ – HACI MURADOV… – KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Ərdoğanın çıxışını dinləyərkən çox həyəcanlanırdım, həyəcanlanmamaq mümkün deyildi…Xüsusilə də, onun Laçınla bağlı məşhur mahnının sözlərini deməsi məni çox duyğulandırdı, bir anlıq 25-30 il öncəyə qaytardı…Bu mahnını illər öncə bir neçə dəfə mən də zümzümə etmişdim…”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (İKİNCİ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir