“Qisas” əməliyyatı Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, ailənin üç hərbçi oğlan övladından biri-GORANBOYLU YUSİF QURBANOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Goranboy rayonunun Şəfəq kəndindən olan “Qisas” əməliyyatı Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, “Əsanəvi tabor”un sonuncu Şəhidi, İkinci Vətən Müharibəsinin iştirakçısı, ailənin üç hərbçi oğlan övladından biri, nişanlı, bir neçə medal və bir ordenli Yusif Asif oğlu Qurbanovun Əbədiyyətə uğurlanmasının ikinci ilində, Anım Günündə-18 sentyabr 2024-cü il tarixində, səhər saatlarında məzarı ziyarət olunub.

Şəfəq kənd qəbiristanlığında uyuyan Yusif Qurbanovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, valideynlərinə Allahdan səbr arzulanıb.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə-Şəfəq kəndində Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Goranboy, Naftalan, Qobustan, Ucar və digər bölgələrdən olan Şəhid ailələri, “Əfsanəvi tabor”un Şəhidlərinin ailə üzvləri, Qazilər, hərbçilər, Əfsanəvi Xüsusi Təyinatlılar, din xadimləri, yerli ziyalılar, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Nur içində yatsın!

12:59

***

FOTOLAR:

14:00

***

14:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

Antiterror Şəhidləri-Mikayıl Həmidli, Hüseyn Nəsibov, Şəhriyar Əliyev…SABAH ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir