“Qisas” əməliyyatı Şəhidi Amin Qəfərlinin tək qardaşı-QAFAR QAFARLININ TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Daha bir Şəhid ailəsində gözəl gün yaşandı…

Daha bir Şəhid ailəsində şad gün, toy-düyün, toy-büsat idi…

Bakılı “Qisas” əməliyyatı Şəhidi, Natəvan və Rasim Qəfərlilər ailəsinin tək və subay övladı Amin Qəfərlinin tək qardaşı-1992-cü il təvəllüdlü Qafar Rasim oğlu Qafarlının toy məclisiydi…

Toy məclisi 6 oktyabr 2024-cü il tarixində, axşam saatlarında-Binəqədi rayonunda yeləşən “Vahid Palace”də baş titdu…

Öncə ailə həyatı gənc cütlük – bəylə gəlin-Aytac xanımla Qafar bəy alqış sədaları altında məclisə daxil oldular…

Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, əzəmətli Dövlət himnimiz səsləndirildi…

Ardınca çıxışlar, təbriklər başladı…

Məclis iştirakçıları, qonaqlar, Şəhid ailələri yeni cütlüyü təbrik etdilər, onlara bir ömür boyu xoşbəxtlik və bəxtəvərlik arzuladılar, eyni zamanda, bəylə gəlinin valideynlərinə, doğmalarına gözaydınlığı verdilər…

Çıxışlardan sonra isə bir-birindən gözəl mahnılar, musiqilər səsləndirildi, rəqslər ifa edildi…

Gözəl bir gün, gözəl anlar yaşandı…

Və təbii ki, ən çox sevinən, şadlanan Şəhidimizin-Amin Qəfərlinin ruhu oldu…

Ruhu tək və ailə həyatı quran qardaşına səadət, birgəlik arzuladı…

Ruhu qardaşının, gənc cütlüyün daim köməyi olsun!

Allah bir daha bəxtəvər və xoşbəxt etsin!

Amin!

23:53, 06.10.2024

***

FOTOLAR:

01:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Elşad Əliyevin anası Flora Əliyevanın növbəti dəfə təşəbbüsü və təşkilatçılğı ilə-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ-ZİYARƏTİ TƏŞKİL OLUNDU…ŞƏHİD AİLƏLƏRİ GƏNCƏ İMAMZADƏSİNİ VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏR VƏ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri-Rəşad Quliyev, Sübhan Abdurahmanlı, Sübhan Məmmədli, Hüseyn Tağıyev, Sənan Kərimov, Rəşid Həmidov…ANIM GÜNLƏRİNDƏ VƏ ŞƏHADƏTƏ UCALDIQLARI GÜNDƏ MƏZARLARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir