Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Zəngilanlı olan, özü isə Bakı şəhərində dünyaya gələn evin-ailənin tək və subay övladı, Azərbaycan Ordusunun Əsgəri, “Qisas” əməliyyatı Şəhidi Musa Tofiq oğlu Alışovun Cənnətdəki ikinci doğum günü, 21 yaşının tamam olması ilə bağlı bu gün “Kosmos” restoranında məclis düzənlənib.
Etikxeber.az xəbər verir ki, məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar edilib, Musa Alışovun İgidliyi və Qəhrəmanlığından, hərbə olan marağından danışılıb, valideynlərinə-anası Ulduz Alışovaya Allahdan səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki ikinci doğum günü təbrik olunub.
Eyni zamanda, Şəhidin anası tərəfindən Şəhidlərə və övladına həsr olunmuş şeirlər səsləndirilib.
Məclisin sonunda Şəhidin doğum günü ilə bağlı hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
***
FOTOLAR:





















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az