“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, bəstəkar Ramiz Mirişlinin “Qısqanc ürəklər” ikihissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşanın 100-cü nümayişi dekabrın 10-da baş tutacaq.

“Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2006-cı il dekabrın 22-də keçirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurban, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.

Tamaşada rolları Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.

Etikxeber.az

Read Previous

IV İslam Həmrəylik Oyunlarında İranın 120-dən çox idmançısı iştirak edəcək

Read Next

İndiyədək vergi orqanlarında müsabiqə yolu ilə 1200-ə yaxın şəxs işlə təmin edilib – Nazir müavini

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir