“Qısqanclıqla yanaşırlar…” – AYDIN HÜSEYNOV

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada mövcud olan problemlərin həlli üçün ikinci böyük təşkilatın sədri kimi mövqeyini bildirməsi Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində xalqımızın qazandığı növbəti uğur kimi yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə ölkəmizin bu təşkilata 2019-2022-ci illər üçün sədr çeçilməsi müstəqil respublikamızın siyasi, iqtisadi və beynəlxalq sahədə qazandığı uğurların məntiqi nəticəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

“Zirvə Görüşünün Bakı Bəyannaməsində 120 ölkə tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi və torpağlarımızı işğal edən Ermənistanın işğalçı dövlət kimi tanınması bir daha rəsmiləşdi.

Təbii ki, bütün bu uğurlar vətənini, dövlətini, torpağını, müstəqilliyini, xalqını və onun xoşbəxt gələcəyini sevən hər bir insan tərəfindən sevinclə qarşılandığı halda xarici və daxili düşmənlərimiz buna qısqanclıqla yanaşır. Bu səbəbdən də onlar çirkin niyyətləri ətrafında birləşərək, ölkəmizə qarşı iftiralar atmağa və daxildə qarşıdurma yaratmağa çalışırlar.

Sevindirici haldır ki, xalqımız bu nailiyyətləri Ümummilli lider Heydər Əliyevin və onun siyasi varisi Respublika Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazandığını yetərincə dərk edərək yüksək qiymətləndirməklə daxili və xarici düşmənlərimizin hərəkətini kəskin surətdə pisləyir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İmkanı olan vətəndaşlar evlərinin bir hissəsini kirayəyə verir, pul qazanır…” – PREZİDENT

Read Next

“Zirvə Görüşü Azərbaycanın daha bir uğuru, daha bir zirvəsi oldu” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir