“Qiymət artımı, bahalaşma insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır…”-ƏLİ MƏSİMLİ

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bugünkü iclasında süni qiymət artımı, bahalaşma və monopoliyadan danışıb.

Etikxeber.az-ın xəbərinə görə, Ə. Məsimli yanvar ayında benzinin qiymətinin cəmi 10 qəpik artmasından sonra bütün sahələrdə, sferalarda qiymət artımlarının, bahalaşmaların baş verdiyini bildirib.

“Benzin cəmi 10 qəpik artdı, amma qiymət artımları, bahalaşma gündən-günə artır. Bu, insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır. Qiymət artımlarında, bahalaşmada monopoliyaçılıq, inhisarçılıq da çox mühüm rol oynayır. Monopoliyanın, inhisarçılığın hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib və onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”-SPİKER

Read Next

“YAP xalq partiyası olaraq, yalnız məmurların, yaxud, nomenklaturanın deyil, məhz əhalinin əsas qurucu hissəsinin, ölkənin ÜDM-ni formalaşdıran sahibkarlar təbəqəsinin partiyası olaraq tanınması arzu edilir”-ZAHİD ORUCDAN YAP-A ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir