Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabiq və indiki deputatlar qiymət artımı barədə danışdılar
Tarif Şurasının son qərarı cəmiyyətin müəyyən, yəni, maddi cəhətdən bir qədər imkansız təbəqəsindən olan insanlar tərəfindən müsbət qarşılanmasa da, müəyyən etirazlar doğursa da, bu, qaçılmaz idi. O insanları da anlayıram, onları da anlayışla qarşılamaq lazımdır, amma Tarif Şurasını, onun verdiyi qərarı da bir qədər emosiyasız, soyuq başla, soyuq məntiqlə qəbul etmək gərəkdir.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili qeyd edib ki, uzun müddət idi ki, xüsusilə, metro və avtobuslarda gediş haqqı dəyişməz qalırdı və bu, əslində belə də olmalı idi:
“Amma həyat, dövr dəyişdiyi, inkişaf ona uyğun adekvat addımlar atılmasını tələb etdiyi kimi, metroda və marşrut avtobuslarında da qiymət, tarif dəyişikliyinə ehtiyac hiss olunurdu. Yəni, uzun müddət bunu saxlamaq həm mümkün, həm də düzgün deyildi. Yenə deyirəm, bu məsələyə etiraz edən insanları da başa düşürək, anlayıram, bu, onların ailə büdcəsinə müəyyən qədər təsir edəcək, onlara itkisiz başa gəlməyəcək, amma dövləti, dövlət qurumlarını da bu məsələdə hay-küysüz, emosiyasız anlamaq vacibdir. Hər bir məsələni dövlətin üzərinə, çiyninə də atmaq olmaz. Eyni zamanda, həmin gediş haqlarından yığılan pullar belə demək mümkünsə, yenə dövlətin büdcəsinə, oradan isə ölkənin inkişafına, insanların maddi-rifah halının yaxşlaşdırılmasına yönələcək, yönəldiləcək. Odur ki, bu məsələdə Tarif Şurasını qınamaq, ittiham etmək cəhdlərindən uzağam və bu cəhddə olan insanları da hər bir məsələyə realistcəsinə, praqmatikcəsinə və səbrli şəkildə yanaşmağa dəvət edirəm”.
Bu yerdə Azərbaycanı digər MDB dövlətləri və bəzi qonuşu ölkələr ilə müqayisə edən millət vəkili bildirib ki, əslində ölkəmizdə nəqliyyat sektorundakı qiymətlər həmin ölkələrlə müyayisədə daha aşağıdır:
“Məsələn, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir. Bu siyahını bir az da artırmaq, uzatmaq olar. Ancaq elə bilirəm ki, buna bir o qədər də ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi?! Yəni, deməkdə məqsədim odur ki, insanlarımız bilsinlər ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub, onun qayğısına qalıb, onu incidəcək, rəncidə edəcək addımlar atmayıb. Tarif Şurasının qərarında da məsələyə məhz belə yanaşılıb, başqa məqsəd güdülməyib”.
Sabiq millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də mətbuata açıqlamasında Tarif Şurasının son addımının anlaşılan və başadüşülən olduğunu bildirib.
O, xatırladıb ki, ölkəmizin əldə etdiyi uğurlar bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır:




“”Standard & Poor’s” reytinq agentliyinin hesabatında qeyd olunur ki, növbəti 3 ildə iqtisadiyyatımız 3 faiz artacaq. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqi ilə bağlı açıqladığı rəqəmlər də ölkəmizin bu sahədəki müsbət göstəricilərindən xəbər verir. Belə ki, orta aylıq əməkhaqqı Azərbaycanda 306,7 dollar, Moldovada 308,4 dollar, Ukraynada 272,9 dollar təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, ölkəmizdə həyata keçirilən islahatlar, görülən tədbirlər uğurlu iqtisadi siyasətin mühüm tərkib hissəsidir”.
V. Rəhimzadənin qeyd etdiyinə görə, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək:
“Nəzərə almaq lazımdır ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Son olaraq 2007-ci ildə sərnişindaşımada, 2011-ci ildə isə metroda xidmətin tarifi təsdiq edilib. Ötən bu illər ərzində isə hər iki sahədə böyük yenidənqurma işləri aparılıb, xidmətin keyfiyyəti müasir standartlar səviyyəsinə qaldırılıb…”.
Digər millət vəkili Kamilə Əliyeva öz növbəsində Tarif Şurasının qərarının qaçılmaz olduğunu vurğulayıb.
Bildirib ki, gec-tez belə bir addıma gediləcəkdi:
“Metroda və marşrut avtobuslarında qiymətlərin artırılacağı əslində gözlənilən idi. Çünki xeyli vaxtı idi ki, bu ətrafda söhbətlər dolaşırdı, mediada da vaxtaşırı bu yöndə məlumatlar yer alırdı.
Yəni, bu yeni, sürpriz bir məsələ deyildi. Belə bir addıma gec-tez gediləcəkdi və gedildi də. Bu məsələyə etirazla yanaşan insanları anlamaq şərtilə, bu qərarı verənlərə də anlayışla yanaşıram və hesab edirəm ki, hər şey yoluna düşəcək, insanlarımız dövlətimiz tərəfindən hər zaman olduğu kimi, bundan sonra qayğı, diqqətlə əhatə olunacaq”.
“YAP-çı deputatlar içtimai nəqliyyatda gediş haqlarının artırılmasına haqq qazandıraraq bildirirlər ki, vətəndaşlar dövlətin xərclərini bölüşməlidirlər. Bölüşək, yoldaş deputatlar, biz nə deyirik ki?! Biz dövlətin xərclərini də, yükünü də bölüşməyə hər zaman hazırıq. Bəs siz necə, dövlətin 250 milyard dollara yaxın neft gəlirlərini vətəndaşlarla bölüşməyə hazırsınızmı?! Xərclər bölüşülürsə, gəlirlər də bölüşülməlidir axı”.
Bunu isə sabiq millət vəkili Gültəkin Hacıbəyli deyib.
Etikxeber.az





