Qızılhacılı daha iki-ŞƏHİD VERDİ – FARİZ QURBANOV VƏ ELMAN HƏSƏNOV…

Azərbaycan Ordusunun daha iki hərbi qulluqçusu (MAXE) son döyüşlər – əks-hücum, əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına Şəhid olub.

Etikxeber.az-ın məlumatına görə, hər iki Şəhid cəbhə bölgəsi olan Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəndir.

Şəhid Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci il təvəllüdlü, Şəhid Elman Mehman oğlu Həsənov isə 1993-cü il təvəllüdlüdür.

F. Qurbanov subay, E. Həsənov ailəli olub.

F. Həsənov iki övlad-iki oğul atasıdır.

Hər iki Şəhid bu gün Qızılhacılı qəbiristanlığında dəfn olunublar.

Dəfn mərasimində qəsəbə sakinləri, rayon İcra Hakimiyyətinin nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, Qızılhacılının 20-dən çox Şəhidi və 3 Şəhid Milli Qəhrəmanı var.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

DİN komendant saatı ilə bağlı detalları-AÇIQLADI…

Read Next

Türkiyə parlamentində təmsil olunan siyasi partiyalardan-AZƏRBAYCANA NÖVBƏTİ DƏSTƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir