Qızılhacılı Şəhidləri…Şəhid ailələri və Qazilər Novruz bayramlarını-ŞƏHİDLƏRİN MƏZARLARI BAŞINDA KEÇİRDİLƏR… – FOTOLAR

Qızılhacılı (Balakürd) Şəhidlər Xiyabanı…

İgidlərimiz, Ərlərimiz, Ərənlərimiz…

Nur üzlü Şəhidlərimiz…

İkinci Vətən Müharibəsi və Aprel döyüşlərində Qəhrəmanlıq Dastanı yazmış Vətən sevdalılarımız…

Qızılhacılılı (Balakürdlü) Bəxtiyar, Fariz, Elman, Nofəl, İlkin, Elşən, Kənan, Şaməddin, Mübariz Tap-Qaraqoyunlulu Hidi, Buzluqlu (Baş Qışlaqlı) Vüsal və Naftalanlı( Şuşalı) Bəxtiyar

Bu gün, müqəddəs Novruz bayramında bir daha məzarlarını ziyarət etdim, bir daha ruhlarına dualar etdim, bir daha ruhları qarşısında baş əydim…

Cənnətdəki ikinci Novruz bayramlarını təbrik etdim…

Sonra yenidən-gün ərzində, axşam saatlarında ikinci dəfə Şəhidlər Xiyabanında oldum…

Bu dəfə Şəhid ailələri və Qazilərimizlə birlikdə, bir yerdə olmağa…

Şəhid ailələri övladlarının məzarlarını ziyarət etməklə yanaşı Novruz bayramlarını məhz balalarının məzarları başında keçirməyə, onları təbrik etməyə gəlmişdilər…

Artıq ikinci ildir ki, evlərində, ocaqlarında keçirmirlər bayramlarını…

Bayramlarını məhz Şəhidlər Xiyabanında, övladlarının məzarları başında qeyd edirlər…

Qazilərimiz də Şəhid ailələrinin yanında olmağa, onlara təsəlli verməyə, onları təbrik etməyə, çiyin-çiyinə vuruşduqları döyüş yoldaşlarının ruhlarını sevindirməyə gəlmişdilər…

Şəhidlərimizin məzarlarını bir-bir ziyarət etdikdən, ruhlarına dualar oxuduqdan sonra Şəhidlər Xiyabanında bayram tonqalı yandırıldı…

Çay süfrəsi açıldı, bayram tortu kəsildi…

Həm duyğulu, təsirli, kövrək anlar yaşandı, həm də Qürurlu, İftixar hissi keçirən anlar…

Hər birimiz Şəhidlərimizə, onların ailələrinə, Qazilərimizə borcluyuq…

Çünki onların sayəsində Qalib Azərbaycanın vətəndaşları kimi artıq ikinci ildir bayramlarımızı, o cümlədən Novruz bayramımızı dinc şəraitdə, əmin-aman bir vəziyyətdə keçirir, qeyd edirik…

Onlara olan borcumuz ödənməz və ödənməyəcək!

Allah Şəhidlərimizin məkanlarını cənnətlik, məqamlarını Uca, dərgahlarını mübarək etsin!

Böyük Yaradan Vətən yolunda canlarını gözlərini qırpmadan fəda etmiş Nur üzlülərimizin Cənnətdəki ikinci Novruz bayramını mübarək etsin, ruhlarını sevindirsin!

Uca Rəbbimiz Şəhidlərimizin özləri kimi İgid, Qəhrəman ailələrinə səbr və dözüm versin!

Allah Vətən sevdalısı Qazilərimizə şəfa versin, Yar və Yardımçı olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

29 yeni yoluxma-3 ÖLÜM…

Read Next

“Onların yerinə qərar qəbul edə bilmərəm…”-ZELENSKİ YENİDƏN NATO-YA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir