Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan yeddi bacının tək və subay qardaşı Elşən Rövşən oğlu Kərimovun Cənnətdəki dördüncü doğum günü, 23 yaşının tamam olması ilə bağlı bu gün, 26 iyun 2024-cü il tarixində-səhər saatlarında Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı ata ocağında adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub, eyni zamanda, adına hazırlanmış tort kəsilib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





