Qızılhacılının daha bir Şəhidi-20 YAŞLI SƏFİYAR MƏMMƏDOV ƏBƏDİYYƏTƏ UĞURLANDI… – FOTOLAR – YENİLƏNİB

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına həlak olmuş Şəhid-Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Səfiyar Elşən oğlu Məmmədov bu gün günorta saatlarında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, Səfiyar Məmmədov Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

İzdihamlı dəfn mərasimində yüzlərlə insan-Şəhid ailələri, Qazilər, hərbçilər, Qızılhacılı qəsəbə sakinləri, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri-Anar Məmmədov və Məşhur Məmmədov, din xadimləri və digər şəxslər iştirak ediblər.

Dəfn mərasimi 1 saata yaxın çəkib.

Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar oxunub, Səfiyar Məmmədovun ailə üzvlərinə Allahdan səbr arzulanıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhidin və Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından söz açıb.

M. Quliyevin sözlərinə görə, son hadisələrdə Goranboy iki Şəhid verib, eyni zamanda, 6 Goranboylu hərbçi yaralanıb və hazırda müalicə alırlar.

Bildirib ki, Səfiyar Məmmədov da daxil olmaqla, bütün Şəhidlər Azərbaycan xalqının qəlbindədir və heç zaman unudulmayacaqlar.

Sonra Şəhidin ailə üzvlərinə üç rəngli Azərbaycan bayrağı təqdim olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Şəfiyar Məmmədov ailənin 4 övladından biri olub.

Atasını illər öncə itirib, anasının səhhətində isə ciddi problemlər var.

O, 2002-ci ildə Qızılhacılı qəsəbəsində kasıb, sadə bir ailədə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yolanıb və bir müddət öncə Əsgərliyini başa vuraraq, ailəsinə dönüb.

Amma sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

MAXE kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib və son döyüşlərdə Şəhidlik məqamına yüksəlib.

O, həm də subay olub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

16:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 256 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Səmərqənddə bir araya gələn Azərbaycan və Türkiyə liderləri-NƏDƏN DANIŞDILAR? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir