Qızılhacılının İkinci Vətən Müharibəsində-7-Cİ ŞƏHİDİ-İLKİN SƏFAYIL OĞLU VƏLİYEV – XALASI OĞLU VƏ DOSTU DA ŞƏHİD OLUBLAR…

Birinci Qarabağ savaşında (həm də 2016-cı ilin aprel döyüşlərində) 20-dən çox şəhid verən, 3 Milli Qəhrəmanı olan Goranboy rayonunun Qızılhacılı qəsəbəsi (kəndi) sentyabrın 27-dən bu yana-ikinci Vətən müharibəsində növbəti Şəhidini verib.

Etikxeber.az-ın xəbərinə görə, bu, Qızılhacılının Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan 7-ci Şəhididir.

Qızılhacılının növbəti Şəhidi İlkin Səfayıl oğlu Vəliyevdir.

Qeyd edək ki, İlkinin xalası oğlu, ixtisasca hərbi həkim və 3 uşaq atası olan Nofəl Xaliq oğlu Nuriyev və ən yaxın dostu Kənan Müşfiq oğlu Ələkbərov ( Birinci Qarabağ savaşının Şəhidi Cabbar Ələkbərovun qardaşı oğlu) da bugünlərdə qəhrəmanlıqla, igidliklə Vətən uğrunda Şəhid olublar.

Qanları yerdə qalmasın və qalmayacaq!

Nur içində yatsınlar!

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Ermənistan baş naziri növbəti dəfə yalan danışır… Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (1)

Read Next

“Gözün aydın olsun, VƏTƏN, bir yaran da sağaldı-QUBADLI yaran!”-MUSA QULİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir