Qızılhacılının növbəti Şəhidi: 7 bacının tək qardaşı-ELŞƏN RÖVŞƏN OĞLU KƏRİMOV… – FOTOLAR

Birinci Qarabağ savaşında (həm də 2016-cı ilin aprel döyüşlərində) 20-dən çox şəhid verən, 3 Milli Qəhrəmanı olan Goranboy rayonunun Qızılhacılı qəsəbəsi (kəndi) sentyabrın 27-dən bu yana-ikinci Vətən müharibəsində növbəti Şəhidini verib.

Etikxeber.az-ın xəbərinə görə, bu, Qızılhacılının Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan 6-cı Şəhididir.

Qızılhacılının növbəti Şəhidi Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə və qəhrəmanlıqla həlak olan Elşən Rövşən oğlu Kərimovdur.

Hərbi xidmətini bitirməyə çox az qalıbmış…

Şəhid srağagün Qızılhacılı qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, E. Kərimov 7 bacının tək qardaşı idi.

Allah rəhmət etsin!

Başın sağ olsun, Vətən!

Etikxeber.az

Read Previous

“Bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır…Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm…”-MEHRİBAN ƏLİYEVA

Read Next

Zülm ilə abad olanın, axırı bərbad olar-ARİF ƏŞRƏFOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir