Qlobal məsələlərin müzakirəsi üçün ölkəmizin seçilməsi təsadüfi deyil – DEPUTAT – ÖZƏL – FOTOLAR

4 qitədən, 44 ölkədən 170 parlament üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizdə keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında bir araya gəldilər. Dünyanın gənc siyasətçilərinin aktual qlobal məsələlərin müzakirəsi üçün məhz ölkəmizin seçilməsi heç də təsadüfi deyil. Azərbaycan bu gün dünyada, region ölkələrində davam edən maliyyə böhranına, bir sıra qaynar nöqtələrə rəğmən sabitlik adası kimi özünü təsdiq edib. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində əldə edilən tərəqqi, sabitlik və təhlükəsizlik şəraiti dünyanın diqqətini ölkəmizə cəlb etməyi bacarıb.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

nuhun-6

SAZİP

nuhun-5

elde-pai-1

elde-pai

Onun sözlərinə görə, dünyada dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını araşdırmaq üçün ölkəmizə gələn gənc siyasətçilərin  konfransdan əvvəl ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət etmələri çox müsbət haldır.

“Həmkarlarını müşayiət edən millət vəkilləri 4 qitənin gənc palamentarilərinə keçdiyi şərəfli yol, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə ətraflı məlumat verdilər.

Söhbətlər zamanı bir daha əmin olundu ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verən sülhsevər, dünyaya açıq bir ölkə kimi tanınır.

pai-10

paiiiiii

Gənc parlamentarilərin dünyada baş verən münaqişələrə, fəlakətlərə, müharibələrə son qoyulması, gələcək nəsillərin maraqlarının müdafiəsi üçün təkliflərinin Azərbaycanın paytaxtı Bakıda səsləndirmələri isə bir daha təsdiq etdi ki, ölkəmiz qlobal səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəzdir”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

nuhun

nuhun-1

nuhun-2

nuhun-3

nuhun-4

Etikxeber.az

Read Previous

Qarabağda və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır – SƏFİR – FOTOLAR

Read Next

Dünyada güclü orduya malik olan ölkələr sırasındayıq – PREZİDENT- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir