Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Abşeron rayonunun Qobu qəsəbəsində qətl törədilib.
Etikxeber.az-ın əməkdaşının yerli sakinlərdən əldə etdiyi xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov gecəyə yaxın öz evinin həyətində odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.
Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.
Qeyd olunur ki, öldürülən şəxs-R.Abbasov Qobudakı “Qobu” adlı marketin sahibi olmaqla yanaşı, həm də torpaq alveri ilə məşğul olub. Mərhumun 3 övladı var.
O da qeyd olunur ki, əslində R.Abbasovla onun qətlində günahkar bilinən T. Əlizadənin atası Zakir Əlizadənin yaxşı münasibətləri olub.
Etikxeber.az