Qobulu Əməkdar artist dünyasını dəyişdi – FOTOLAR

Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.

Etikxeber.az bildirir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi.

O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.

firuz xuda-1

Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub.

O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb.

Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.

Firuz_Xudaverdiyev

Etikxeber.az

Read Previous

“Biz bu gün bir nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır” – ƏLİYEV

Read Next

Biz yeni iş yerləri yaratmalıyıq – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir