Qobunun “dərdi” Milli Məclisi də dilə gətirdi…Qənirə Paşayeva da Qobudan danışdı…

Milli Məclisin (MM) fevralın 14-də keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, məruzəni təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki,  2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub, eyni zamanda, bələdiyyə aktlarının ekspertizası aparılıb: “Ümumilikdə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə bağlıdır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların öz aralarında olub. Ümumilikdə daxil olan müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Üç halda maliyyə pozuntusu aşkarlanıb və həmin vəsaitlərin bərpası təmin olunub. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, ümumilikdə il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi açılıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib.

Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb”.

Arif Rəhimzadə Ədliyyə Nazirliyini “yıxıb, sürüdü”

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni etirazla qarşılayıb. Kkomitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: “Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə onda biz  komitəni niyə keçiririk ki?  Keçirməyək o zaman”.

Komitə sədri subvensiya və dotasiya məsələsinə toxunub. O qeyd edib ki dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmayıb: “Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə  Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa  qurum varmı? O  zaman nazirlik hara baxır?”

Qənirə Paşayeva da Qobudan danışdı… 

“Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisləri kimi aparır”.

Bunu isə millət vəkili Qənirə Paşayeva  deyib. O, qeyd edib ki, bələdiyyə sədrləri özlərinin  vəzifələrini bilmirlər: “Yəni, bizdə illər keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun  nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait “silinib”. Bəs maraqlıdır ki, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu böyük vəsaitdir, onun taleyi nə yerdə qalıb? Bir də ki, mən Vilayət müəllimdən soruşmaq istəyirəm ki, 70 layihənin dəyərləndirilməsi məsələsi nə yerdə qalıb? Həmin  şəxslər layihələrinin qəbul edilməsinə ümid etsinlərmi, yoxsa, bundan vazgeçsinlər? Bu məsələyə də aydınlıq gətirmək lazımdır”.

YAP bələdiyyələrin sayının azaldılmasını istəyir…

“Ölkədə bələdiyyələrin sayının və tərkibinin azaldılmasına ehtiyac var”.

Bu təkliflə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib: “Birdə görürsən ki, Bakının hansısa rayonunda bələdiyyə üzvü, hansısa kiçik kənddə isə 5-7 bələdiyyə üzvü var. Dünya təcrübsəi də göstərir ki, kiçik kəndlər birləşdirilir və ora yalnız bir nəfər nümayəndə seçilir. Bu, qərarların qəbul edilməsində də müsbət rol oynaya bilər. Mən bələdiyyələr ilə bağlı qanunların qəbulubnda iştirak etmişəm və qanunvericilikdə Azərbaycan bələdiyyələrinə kifayət qədər status verilib. İlkin illərdə bizim bələdiyyələrin düzgün istiqamətləndirilməsi ilə bağlı tövsiyyə və tapşırıq hazırlaya bilməm\yimiz onların fəaliyyətinin başqa istiqamətə yönəlməsinə gətirib çıxartdı. Elə bir vəziyyət yaranıb ki, indi insanlar elə başa düşür ki, bələdiyyə ancaq tiorpaq alveri ilə məşğul olmalıdır. Əslində isə bələdiyyələr onlara verilən statuslara əsasən çox işlər görə bilərdi. Xüsusilə qeyri neft sektorunun inkişafı ilə bağlı işlər görə bilərdilər. Bu, xüsusən rayonlardakı kənd bələdiyyələrinə aiddir”.

Etikxeber.az

Read Previous

Səməd Seyidov: “Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun” – YENİLƏNİB

Read Next

“Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini onun ətrafında qurmağa çalışır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir